neft-yeniden-bahalasib

Neft yenidən bahalaşıb

İyunun 24-də Bakı vaxtı ilə saat 09:15-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,4% artaraq 1 barelə görə 64,71 dollar təşkil edib.

İnsider.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,71% artaraq 57,84 dollar təşkil edib.