ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 1,74% azalaraq 1 barelə görə 63,31 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,92% azalaraq 59,8 dollar təşkil edib.