neft-yeniden-ucuzlasib

Neft yenidən ucuzlaşıb

Neft qiymətləri, artan xam neft ehtiyatlarının təklif bolluğu narahatlığını gücləndirməsilə düşür.

İnsider.az xəbər verir ki, Qərbi Texas neftinin qiyməti yenidən 16 dollardan aşağı düşüb.

Qlobal investisiya bankı Goldman Sachs-a görə, artan neft bolluğu ilə yığma çənləri ən az üç həftə ərzində tam dola bilər. Treyderlər, neftayırma zavodları nefti saxlamaq üşün yer axtarırlar. ABŞ-da anbarlar sürətlə dolur və bu vəziyyət ABŞ nefti üzərindəki təzyiqi artırır.

Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, İyun ayı WTI fyuçersi 11,3% düşərək 15.02 dollara, Brent nefti fyuçersi isə 3,4% düşərək 20.69 dollara geriləyib.