neftcala-ih-den-icra-bascisinin-doyulmesi-iddialarina-cavab-yenilenib

Neftçala İH-dən icra başçısının döyülməsi iddialarına CAVAB - YENİLƏNİB

“Sosial şəbəkələrdə Neftçalanın icra başçısının döyülməsi ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir”.

Bu barədə sorğuya cavab olaraq icra hakimiyyətindən məlumat verilib.

Neftçala İcra Hakimiyyəti sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırıb.

12:42

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.

Bu barədə sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.

Oxu.Az