Neft qiymətləri, OPEC+ yığıncağından öncə bahalaşıb.
Neft qiymətləri, ölkələrin istehsal siyasətlərilə əlaqədar qərar verə biləcəyi OPEC+ yığıncağından öncə yüksəlib.
Çərşənbə günü OPEC+ panel yığıncağından tövsiyə çıxmamaışdır.
Fransanın 4 həftə karantin elan etməsi neft qiymətlərinə mənfi təsir etmişdir.
Koronavirusa qarşı peyvəndləmə davam edərkən, narahatlıqlar da qalır.
OPEC-in Baş katibi Məhəmməd Barkindo, keçən həftə bazarlarda yaşanan oynaqlığı xatırladaraq, iqtisadiyyatların və neft tələbinin hələ kövrək olduğunu deyib.
Qiymətlərdəki oynaqlıq və bəzi bölgələrdə Covid-19-a yoluxanlarda yaşanan artımla əlaqədar olaraq OPEC+ın bu dəfə də istehsalın artırılmasında təmkinli olacağı gözlənilir.
Bakı vaxtı ilə saat 11:15-də Brent nefti 1% bahalaşma ilə təxminən 63,35 dollardan ticarət olunub.
Marja