neftin-bu-gune-olan-qiymeti

Neftin bu günə olan qiyməti

Qlobal bazarlarda neft qiymətləri yüksəlib.

Bu gün Brent nefti 1%-ə yaxın bahalaşaıraq 70 dollara yaxınlaşıb.

Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 69,40 dollardan ticarət olunub.

Neft qiymətləri, ABŞ-ın xam neft ehtiyatlarının azalması və sərmayəçilərin ABŞ və Avropadakı yenidən açılmalara fokuslanmaları ilə yüksəlir.

Özəl sektorun dəstəklədiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, anbarlarda xam neft ehtiyatları keçən həftə 7,69 milyon barrel azalıb. Əgər rəsmi məlumatlar özəl sektorun açıqladığı məlumatları təsdiq etsə, bu Yanvar ayından bəri ehtiyatlarda yaşanan ən böyük azalma olacaq.

ABŞ, yetkin vətəndaşlarının 70%-inin 4 İyula qədər ən azı birinci doza Kovid-19 peyvəndi olmasını hədəfləyir. İngiltərənin Baş naziri Boris Johnson isə 7 həftə ərzində karantin tədbirlərini ləğv edəcəklərini açıqlayıb.