Dünya bazarlarında neftin qiyməti artıb. İnvestorlar ABŞ Energetika Nazirliyinin ölkədə xammal ehtiyatlarının azalması haqqında məlumatlarını, həmçinin Federal Ehtiyatlar Sisteminin (FES) qərarlarını qiymətləndirirlər.
Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,93% bahalaşaraq, 1 bareli 102,62 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti 1,05% artıb və 1 bareli 98,28 ABŞ dolları təşkil edib.
Treyderlər ABŞ Energetika Nazirliyinin iyulun 22-dək olan həftə ərzində ölkədə neftin kommersiya ehtiyatlarının 4,5 milyon barel, yaxud 1,1% azalaraq 422,1 milyon barelə düşməsi haqqında məlumatları qiymətləndirirlər.
Birjalar həmçinin FES iclasında uçot dərəcəsinin 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5%-ə çatdırılmasını qiymətləndirirlər. Bundan başqa, dünən FES rəhbəri Cerom Pauelin mətbuat konfransı keçirilib.