neftin-qiymeti-12-heftenin-en-yuksek-seviyyesinde

Neftin qiyməti 12 həftənin ən yüksək səviyyəsində

Neft qiymətləri, yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış peyvəndin ABŞ-da üç həftə ərzində vurulmasına başlanacağına dair  xəbərlər ilə sentyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib.

İnsider.az xəbər verir ki, ABŞ-ın peyvənd  proqramının rəhbəri Moncef Slaoui, peyvəndin tətbiqinə böyük ehtimalla 11-12  dekabrda başlayacaqlarını bildirib. 

Dərman şirkətləri koronavirusa qarşı peyvənd hazırlamaq üçün yarışarkən, xam neft Noyabr ayında təxminən 20% bahalaşıb. Pfizer və BioNTech şirkətləri hazırladıqları peyvəndin 95%, Moderna isə 94,5%  təsirli olduğunu açıqlayıb.

Bakı vaxtı ilə saat 09:50-də Brent neft 0,56% bahalaşma ilə 45.21 dollardan ticarət olunub.

Marja