Londonun İCE birjasında “Brent” markalı neftin 2020-ci ilin avqust ayına olan fyuçersləri əvvəlki sessiyanın yekununa nisbətdə 1,31% artaraq, Bakı vaxtı ilə 04:56-da bir barel üçün 40,09 dollara qalxıb.
İnsider.az xəbər verir ki, bu markalı neftin bir bareli sonuncu dəfə bu il mart ayının 6-da 40 dollardan yuxarı qiymətə satılıb.
WTI markalı neftin qiyməti isə 2,66% artaraq, bir barel üçün 37,57 dollar olub.