Bu gecə neft qiymətləri yüksəlib.
İnsider.az xəbər verir ki, Brent neftinin qiyməti 28 dollar səviyyəsini keçib.
Bakı vaxtı ilə saat 09:40-da Brent nefti 3% bahalaşma ilə 28,02 dollardan , Texas nefti isə 7% bahalaşma ilə 24.31 dollardan alıcı tapıb.
Neft qiymətləri, Fed-in iqtisadiyyatı dəstəkləmək üçün əhatəli bir tədbir paketi açıqlamasının ardından yüksəlməyə başlayıb.
ABŞ mərkəzi bankı Fed dünyanın ən böyük iqtisadiyyatını dəstəkləmək əhatəli və güclü bir tədbir paketi açıqlayıb.
Sərmayəçilərin, ABŞ ilə Səudiyyə Ərəbistanının istehsalı azaltmaq mövzusunda razılaşacaqlarına dair ümidlərini qorumaları da neft qiymətlərinin yüksəlməsinə təkan verir.
Asiya birjaları həftənin ikinci günündə güclü yüksəlişə keçib.
-Topix İndeksi 2.7% yüksəlib.
-Avstraliyanın S&P/ASX 200 İndeksi 2.3% artıb.
-Cənubi Koreya Kospi İndeksi 6.4% artıb.
-Hong Kong Hang Seng İndeksi 3.4% yüksəlib.
-Şanxay İndeksi 1.5% yüksəlib.
-MSCI Asiya Pasifik İndeksi 4.1% artıb.