Neft qiymətləri yüksəlir.
İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:30-da Brent nefti 2,2% bahalaşma ilə 27,07 dollardan, Qərbi Texas nefti isə 4% bahalaşma ilə 19,58 dollardan ticarət olunub.
Dövlətlərin mərhələli şəkildə karantin rejimindən çıxmağa hazırlaşmaları, May ayından OPEC+ qrupunun hasilatı azaltmağa başlaması neftin bahalaşmasına səbəb olur.