neftin-qiymeti-bahalasir

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

İnsider.az xəbər verir ki, Londonun "ICE" (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar (0,17 AZN) artaraq 70,85 dollar (120,45 AZN), Nyu-Yorkun "NYMEX" (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar (0,22 AZN) bahalaşaraq 61,94 dollar (105,30 AZN) təşkil edib.