Neft qiymətləri, ABŞ-da xam neft ehtiyatlarının azalmaqda olduğuna dair işarələr və qlobal iqtisadi duruma bağlı optimizmin təsiri ilə son üç ayın ən yüksək səviyyəsinə qalxıb.
İnsider.az xəbər verir ki, ABŞ-da Cümə günü açıqlanacaq rəsmi məlumatların, keçən həftə neft ehtiyatlarının 1.5 milyon barel düşdüyünü göstərməsi gözlənilir. Həmçinin, ABŞ-da işsizlik maaşı müraciətləri üç həftənin ən aşağı səviyyəsinə enib və bu vəziyyət dünyanın 1 nömrəli iqtisadiyyatında əmək bazarının güclü olduğuna işarə edir.
Bakı vaxtı ilə saat 10:40-da Brent nefti 1,2% bahalaşma ilə 68 dollardan, ABŞ xam nefti də 1,1% artımla 61.80 dollardan alıcı tapıb.