Neftin qiyməti əvvəlki satışlardakı azalmadan sonra artmağa başlayıb.
İnsider.az xəbər verir ki, bu meyllər daha çox ABŞ ilə Çin arasındakı ticarətə dair danışıqların gedişatı, habelə ABŞ-ın İranla bağlı mövqeyinə dair son məlumatlar əsasında formalaşır.
Belə ki, bu səhər Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin bir bareli 58,95 dollara, yəni əvvəlki sessiyanın bağlanış qiymətindən 0,25 dollar baha satılıb. Bazar ertəsi günü həmin neftin qiyməti 0,64 dollar azalaraq 58,7 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasındaki elektron hərracı zamanı WTI markalı neft eyni vaxt ərzində 0,27 dollar bahalaşaraq 53,91 dollara satılıb, halbuki əvvəlki sessiyanın yekununda 0,53 dollar ucuzlaşaraq 53,64 dollara satılırdı.
Qeyd edək ki, ötən gün G-7 sammitinin yekun mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Çin rəsmilərindən icarət sazişi imzalamağa maraqlı olduqları barədə iki telefon zəngi gəldiyini bildirməsi ilə neft qiymətləri artmağa başlasa da, Çin tərəfindən buna hər hansı təsdiq verilməməsi nəticəsində sessiya enişlə başa çatdı. İranla bağlı vəziyyəti şərh edən ABŞ lideri bu ölkədə rejim dəyişikliyini istəmədiklərini qeyd edib.
“Orada nüvə silahlarının, ballistik raketlərinin olmamasını istəyirik”, – Ağ ev rəhbəri “düzgün şərtlər” yaranarsa, İran Prezidenti Həsən Ruhani ilə də görüşə biləcəyini istisna etməyib.
©Report