Səudiyyə Ərəbistanının, neft hasilatının tezliklə artırılması barədə ABŞ Prezidenti Co Baydenə dəqiq söz verməməsi və Kanadadan ABŞ-a neft axınının kəsilməsilə əlaqədar olaraq neft qiymətləri yüksəlir.
ABŞ xam neftinin qiyməti 100 dolları, Brent markalı neft isə 106 dolları ötüb.
ABŞ xam nefti həftənin ilk ticarət günündə 5% artımla may ayından bəri ən sürətli gündəlik bahalaşma qeyd edib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin daha əvvəl elan edildiyi kimi gündəlik neft hasilatını 13 milyon barrelə çatdırmaq qərarında olduğunu və bundan başqa əlavə gücə sahib olmayacağını bildirib.
Vəliəhd Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını 1 milyon bareldən çox artıraraq 13 milyon barrelə çatdırmaq planı ilə bağlı dəqiq tarixləri açıqlamayıb.
Səudiyyə Ərəbistanı istisna olmaqla, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya kimi bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupu neft hasilatının artırılması ilə bağlı açıqlama verməyib.
Digər tərəfdən, dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində koronavirusa yoluxanların artması, yeni məhdudiyyətlər və artan tənəzzül narahatlıqları qiymətlərə aşağı istiqamətli təzyiq göstərir.
Marja