ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ-ın İtaliyadakı növbəti səfiri vəzifəsinə təyin olunmaq istəyir.
Spiker 2022-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərində Respublikaçılar partiyası səs çoxluğu qazanarsa, Prezident Co Baydendən səfir kimi namizədliyinin irəli sürülməsini istəyəcək.
Qeyd olunur ki, 82 yaşlı siyasətçi karyerası ilə bağlı inkişaf ssenarilərini nəzərdən keçirir. İddia olunur ki, Bayden hakimiyyətə gəldikdən sonra İtaliyaya qəsdən səfir təyin etməyib və bu vəzifəni Pelosi üçün nəzərdə tutub.
Nümayəndələr Palatası sədrinin ofisi məlumatla bağlı şərh verməyib.
Senatın yeni tərkibinin Pelosinin səfir postuna mümkün namizədliyinə necə reaksiya verəcəyi də məlum deyil.
Oxu.Az