netflix-in-hesabati-investorlari-meyus-etdi

“Netflix”in hesabatı investorları məyus etdi

“Netflix” striminq servisi iyulun 17-i ikinci rüb üzrə investorları olduqca məyus edən hesabatını dərc edib. Servisin ABŞ-dakı abunəçi sayı səkkiz ildə ilk dəfə, analitiklərin gözlədiyi 350 min nəfər artıma əks olaraq, 130 min nəfər azalıb. İnsider.az bunu “Korrespondent”-ə istinadən bildirir.

Beynəlxalq dinamika da gözləniləndən qat-qat bərbad çıxdı – rüb üzrə abunə sayı proqnozlaşdırılan 4,8 milyona qarşı cəmi 2,83 milyon nəfər artıb. Bu cür nəticələr “Netflix” səhmlərinin 12% enməsinə gətirib çıxarıb.

“Netflix”in özü isə bu nəticələri ikinci rübdə bəzi bazarlardakı abunəliyə olan qiymətlərin artması və eyni rübdə buraxılmış yeni seriallar və filmlərin gözlənildiyi kimi o qədər də cəlbedici olmaması ilə əlaqələndirir.

Bundan başqa, “Netflix” digər striminq servislərilə daha da ciddi rəqabətə davam gətirməli olur – cari ildə “Disney” və “Apple” kimi nəhənglər öz fərdi servislərini işə salır.

Samirə Məmmədova