AFFA “Kəpəz”i cəzalandırıb.
Bu barədə qərarı qurumun İntizam Komitəsi verib.
Gəncə təmsilçisi I divizionun XXI turunun “Turan Tovuz”la görüşündə baş verənlərə görə cərimələnib. Buna azarkeşlərin üzərində baş məşqçi Yaşar Vahabzadəni nəzərdə tutaraq “Nəticələriniz gözümüzü YAŞARdır” pankartı qaldırması səbəb olub.
“Kəpəz” azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə 160 manat cərimələnib.
Həmçinin, “Sabah” klubu “Zirə” ilə qarşılaşmada altı futbolçusu sarı vərəqə aldığı üçün cəzalandırılıb. Paytaxt klubu 800 manat cərimələnib. Hakimlər otağı internetlə təmin olunmadığı üçün isə Abşeron klubuna xəbərdarlıq edilib.
Oxu.Az