Biznesin işə salınmasının ilkin mərhələsində kontent olduqca vacibdir. Səbəblərini isə araşdıraq.
Nəyə görə sizin biznes-düşüncəniz köhnəlib
Sahibkarlar və investorlar tez-tez yeni bizneslərin 90%-nin elə ilk illərində öldüklərini deyirlər. Niyə?
Adətən düzgün cavab üçündən birində gizlənir:
• məhsul/xidmətə tələbat yoxdur ( və ya kifayət qədər deyil)
• pullar qurtarıb/yeni raundu qaldırmayıblar;
• həm birincisi, həm ikincisi.
Əsl səbəb köhnəlmiş biznes-düşüncədə gizlənir. Biznes məktəblərində öyrədirlər: ideya düşün, fokus qrupu yığ, marketinq araşdırması apar, prototip yarat və get sat. Təəccüblü deyil ki, bu cür yanaşma ilə cəmi 10% şirkət sağ qalır. Əgər məhsulun bazara çıxdığı vaxt sahibkar yanılıbsa və amerikalıların “product/market fit” (“məhsul/bazar uyğunluğu”) adlandırdığı şeyi əldə etməyibsə, “ölmək” ehtimalı olduqca yüksəkdir. Bundan başqa, startapa (öz və ya investorların pulu ilə) marketinq büdcələrinin həcmi üzrə “PepsiCo” səviyyəli korporasiya və monopolistlərlə rəqabət aparmaq sadəcə qeyri-mümkündür.
Alternativ lazımdır.
Bu gün sağ qalmaq üçün sahibkar biznesin yaradılmasına olan yanaşmanı təzədən gözdən keçirməlidir. Dərhal məhsul hazırlanması (product development) ilə məşğul olmaqdansa, kontent üzərindən auditoriyanın formalaşmasına (audience development) 6-18 ay sərf etmək vacibdir.
Bu cür yanaşma startapa riskləri azaltmağa imkan verər: qabaqcadan tələbatı yoxlamaq və formalaşdırmaq, lazımi sosial kapitalı qurmaq, həmçinin məhsul barədə faydalı aydınlatmalar əldə etmək.
Başqa sözlərlə, müasir dünyada şirkətlərə ilk öncə mediabiznes, daha sonra yerdə qalanlarının olmağı gərəkdir.
Kontent tələbatı formalaşdırır
Kontent yaratmaq sadə və ödənişsizdir. Lakin bunun məna kəsb etməsi üçün media kimi düşünmək və özünün media olması lazımdır. Rubrikalar, reqlamentlər, kontent-plan, əsasən də müntəzəmlik lazımdır.
Kontentin az və birbaşa marketinqin çox olduğu “köhnə dünyada” istifadəçi loyallığı cəmi üç şeylə müəyyən olunurdu:
• “user experience” (“istifadəçi təcrübəsi”)/interfeyslə;
• müştəri servisi və xidmət səviyyəsi ilə;
• məhsul keyfiyyəti ilə.
Deməli, istifadəçini cəlb etmək üçün şirkət bazara hazır məhsul yaradıb çıxarmalı idi. Bugün kontent istifadəçilərin şirkətin brendinə loyallığını bazara hətta prototip çıxarmadan, qazanmağına imkan verir.
Kontent satır. Bu səbəbə görə, “InMyRoom” mebel marketpleysi əvvəlcə dekor və dizayn haqda bloq kimi start götürdü. Sonra təsisçilər saytı mallarla, bu gün isə həm də təmir və bəzəmə üzrə xidmətlərlə tamamladılar. Analoji olaraq “Tinkoff Bank” daha gec mərhələlərdə oxucuların maliyyə dünyasından olan hər şey barədə öyrəndikləri ayrıca “Tinkoff Jurnal” mediasını işə saldı. Bu gün bu media ayrı biznes kimi mövcuddur və öz xərcini çıxarır, “Jurnal”-ın auditoriyası isə banka loyal qalır.
Şirkətin bloqunu yaradın və hər addımı sənədləşdirin. Əməkdaşları göstərin, uğurlar və uğursuzluqlarla paylaşın. Bunu dürüstcə edin və sizə doğru gələcəklər.
Əgər şirkətin ekspertizası varsa, onu kontent üzərindən translyasiya edin. Marketinq üzrə agentliklər targetin “Facebook”-da quraşdırılmasını hər şeydən necə daha effektiv olduğunu danışa bilərlər.
Məhsula qədər auditoriyanın inkişafı ilə məşğul olaraq, siz startapın əsas risklərindən birini – tələbə cavab verməməyi – azaldırsınız. Əlavə olaraq, kontent yeni bizneslərin, demək olar, iri korporasiyalarla rəqabət aparması qeyri-mümkün olan direkt kimi klassik marketinq kanallarına əla alternativdir. Kontentə yatırım edərək, siz elə-belə büdcə yandırmırsınız, özünüzə və brendinizə investisiya ayırırsınız.
Kontent brendi qurur
Brend reputasiyadan başqa bir şey deyil. Biznesdə reputasiya isə əgər hər şey deyilsə, o zaman çox şey deməkdir. Sosial mediada güclü iştirak birinci müştərilərlə, əsas partnyorlar və investorlarla daha rahat ünsiyyətdə olmağa imkan yaradar.
• Birincisi, investorlar aktivlərin olduğu biznesləri axtarır. ABŞ-da “brand equity” (sosial aktiv) kimi termin mövcuddur. Sosial şəbəkələrdə və ya bloqda abunələr və baxışlar pul kimi olan həmin aktivdir. Ona maya qoymaq və lazım olduqda, onu kapitallaşdırmaq olar.
• İkincisi, bugün sizin kontentiniz siz özünüzsünüz. Şirkətin simasından kontentin olması sizə potensial investorlara, əməkdaşlara və partnyorlara gözə çarpan olmağa imkan yaradar, axı sizin onları axtardığınız kimi onlar da sizi axtarır.
• Üçüncüsü, kontent hər zaman özünə, öz brendinə qoyulan maya deməkdir. Kontentsiz ödənişli marketinq sadəcə “büdcələrin fırladılmasıdır”. Potensial olaraq sizin müştəriniz ola biləcək auditoriyaya haradasa, məsələn, sosial şəbəkələrdə “lövbər salmaq” lazımdır. Brendinizin böyüməsi üçün ona investisiya ayırmaq lazımdır.
Hələ heç nəyin olmadığı vaxt ən sadə brend yaradılması üsulu kiçik realiti-şou etməkdir. Sadəcə baş verənləri sənədləşdirməkdir. Biznesinizdə yeni baş verənlər barədə hər gün status yerləşdirməkdir. Ətrafınızda sizin uğur və uğursuzluqlarınızı izləyəcək, şirkəti necə qurduğunuzu müşahidə edəcək “azarkeşləri” yığmaqdır. Startaplar daha çox bu modelin arxasınca gedir.
Təsisçilər üçün “YouTube”-kanalın yaradılmasının əsas məqsədi potensial investorlarla daha rahat danışıq apara biləcəkləri canlı, loyal auditoriyanın əldə edilməsidir.
Sosial kapitaldan savayı, kontent həmçinin “bazar ağrısını” yoxlamağa, birbaşa hədəf auditoriyası ilə danışmağa və hazır məhsula konkret hansı fiçlərin tətbiq edilməsini anlamağa imkan yaradır.
Kontent “ağrını” yoxlayır
Büdcəni marketinq araşdırmalarına xərcləməkdənsə, startap üçün fərdi bloqunu yaratmaq və hədəf auditoriyası ilə birbaşa danışmaq ən asan yoldur. Onlar nə istədiklərini söyləyəcəklər, lakin sahibkar kimi sizin hədəfiniz onlara nəyin lazım olduğunu anlamaqdır.
Nə yaratmaq?
Bu suala cavab sadədir: ekspertizanı sənədləşdirmək və bölüşmək. Vəssalam.
Sənədləşdirmək hər şeyin həqiqətdə necə olduğunu göstərmək deməkdir. Dedlayna kimi prototip çıxarmaq alınmır? Bu barədə yazın və ya korporattiv “İnstagram”-a çəkib yerləşdirin. Raundu artırmısınız? Ələlxüsus. Həm uğur, həm müvəffəqiyyətsizliklərlə bölüşmək mühümdür. Auditoriya saxtakarlıqdan bezib və o, sizin dürüstlüyünüzə və səmimi olmaq cəsarətinizə görə sizə hörmət edəcək.
Hər biznesdə onun başqalarından nədəsə yaxşı olduğu bir şey var. Bir çox sahibkarlar qorxurlar ki, onlar ekspertizaları ilə pulsuz bölüşdüyü halda, müştəriləri olmayacaq. Lakin təcrübə şirkətin nə qədər çox açıq olsa, bir o qədər də ona inamın olduğunu göstərir.
Əlavə olaraq öz biznesiniz üçün kontent yaradılmasının üçüncü üsulu da var: hədəf auditoriyanız üçün maraqlı olan mövzuya dair bloq yaratmaq. Əgər biznesiniz hüquqi konsaltinq üzrədirsə və hədəf auditoriyanız imkanlı şəxslərdirsə, onlara yaxın olan, məsələn, qolf mövzusuna aid bloq yaradın. Və bu bloqda siz öz biznesinizi təbii şəkildə reklam edə biləcəksiniz, özü də ödənişsiz, axı bloq sizindir.
Müasir internet mediadan başqa bir şey deyil. Eşidilmək üçün sahibkar kontent yaratmalı və mediaşirkət kimi düşünməlidir. Bu məhsulun buraxılmasına qədər auditoriyanın formalaşdırılması və ən başda startapın risklərinin azaldılması imkanıdır.
İnsider.az
Bloger və “Cinemot Production”-un rəhbəri Sergey Faldin
Samirə Məmmədova