neyrocerrahiyye-xestexanasina-direktor-teyin-edildi

Neyrocərrahiyyə Xəstəxanasına direktor təyin edildi

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin olunub.

İnsider.az xəbər verir ki, bu vəzifəyə Fərhad Rüfət oğlu Həsənov təyinat alıb.

Fakt "Report"a Neyrocərrahiyyə Xəstəxanasından təsdiqlənib.

Qeyd edək ki, F.Həsənov daha əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Radiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.