Niderlandda koronavirusa gündəlik yoluxma sayı yenidən 10 mindən çox olub.
Son 24 saatda 10 345 nəfərdə COVID-19 müəyyən edilib. Bu, 2020-ci iin dekabrından bəri ilk yüksək göstəricidir.
Qeyd edilir ki, yoluxma sayı bir gün əvvələ görə 3 390 nəfər və ötən həftə ilə müqaisədə 7,5 qat artıb.
Niderland hökumətinin qərarı ilə ötən gündən ölkədə yenidən karantin qadağaları qüvvəyə minib. Avqustun 13-nə qədər bütün kafe, bar, restoran və diskotekalar gecə saatlarında bağlı qalacaq.
Ölkədə normallaşma çərivəsində açılan disko ziyafətlərin birində iştirak edən 600 nəfərdən 165-nin koronavirus testi poztiv çıxıb.
Neqativ test nəticəsi təqdimetmə məcburiyyətinə rəğmən 165 nəfərin necə yoluxduğu bilinmir. Niderlandlı səlahiyyətlilər həmin iştirakçıların hiylə işlətmələrini istisna etmirlər.
Haber Global