Nigeriyada Edo ştatının cənubundakı Tom İkimi stansiyasında silahlı şəxslər qatar gözləyən sərnişinlərə hücum ediblər.
“AK-47” avtomatlarla silahlanmış şəxslər 30-dan çox adamı qaçırıblar. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Hücum fevralda keçiriləcək prezident seçkisi ərəfəsində Afrikanın ən sıx məskunlaşan ölkəsinin, demək olar ki, hər bir küncünə yayılan qeyri-sabitliyin son nümunəsidir.
Qaçırılanlardan yalnız biri qurtula bilib. Polis axtarış-xilasetmə əməliyyatı aparır.
Oxu.Az