nigeriyali-biznesmen-tbilisi-meri-vezifesine-namized-olub

Nigeriyalı biznesmen Tbilisi meri vəzifəsinə namizəd olub

Gürcüstanda yaşayan Nigeriya əsilli iş adamı Arinze Riçard Oqbunucu Tbilisi meri vəzifəsinə namizəd kimi qeydiyyata alınıb.

Bu barədə məlumat ölkənin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Qeyri-adi namizədi “Bizim birləşmiş Gürcüstan” adlı təşəbbüs qrupu irəli sürüb.

A.R.Oqbunucu 20 il bundan öncə Gürcüstana köçüb. O, gürcü xanımla evlidir və gürcü dilini yaxşı bilir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bu il oktyabrın 2-də keçiriləcək.