“Sotheby's” hərracında 1972-ci ilin “Nike” krossovkaları 437,5 min dollara satılıb. Bu, bir cüt krossovka üçün yeni dünya rekordudur. İnsider.az bunu hərrac evinin saytına istinadla xəbər verir.
“Moon Shoe” krossovkaları 1972-ci ildə yay Olimpiya oyunları (Münxen) zamanı atletlər üçün “Nike”-ın həmtəsisçisi və qaçış üzrə təlimçi Bill Bauerman tərəfindən yaradılıb. Ümumi 12 cüt belə krossovka buraxılıb.
“Sotheby's” qeyd edir ki, krossovkaların ilkin qiyməti 160 min dollar məbləğində müəyyən edilib.
Qeyd edək ki, krossovkaları kolleksiyaçı Mayls Nadal əldə edib – o, ayaqqabını avtomobil kolleksiyası ilə birgə öz şəxsi muzeyində sərgiyə qoymağı planlaşdırır.
Samirə Məmmədova