niki-lauda-oldu-bakidan-son-sekiller

Niki Lauda öldü - Bakıdan son şəkillər

Keçmiş "Formula-1" dünya çempionu Niki Lauda, ailəsinin sözlərinə görə, 70 yaşında vəfat etdi. İnsider.az xəbər verir ki, avstriyalı keçmiş pilot bazar ertəsinə keçən gecə, ağciyər transplantasiyasından səkkiz ay sonra vəfat edib.

"Dərin hüzünlə biz sevimli Nikimizin ailəsinin yanında bazar ertəsi sakitcə dünyadan köçdüyünü elan edirik", - Avstriya agentliyinin məlumatına əsasən, bu, ailəsinin bəyanatında deyilir. Bəyanatda onun idmançı və sahibkar kimi unikal nailiyyətləri qiymətləndirilib və deyilib ki, "O, tamaşaçılardan kənarda sevgi dolu və qayğıkeş həyat yoldaşı, ata və baba idi və onun üçün darıxacayıq".

1975, 1977 və 1984-cü illərdə titullar qazanmış Lauda "Formula-1"-dəki karyerası boyu heyranlıq, hörmət və sevgi sahibi idi. İştirak etdiyi 171 yarışdan 25-də qalib olmuşdu. O, həmçinin öz şəxsi aviaşirkəti daxil, işgüzar maraqları təqib edirdi və "F1"-in idarəçiliyində rəhbər vəzifələr tuturdu.

1993-cü ildə o, "Ferrari"-də rəhbər məsləhətçi vəzifəsini tuturdu, 2001-2002-ci illər aralığında isə "Jaguar"-da komanda rəhbəri idi. O, "Mercedes"-ə qoşulduğu andan etibarən, hər zaman səmimi, maraqlı və məlumatlı birisi kimi, paddokda daimi köməkçi olub.

Qeyd edək ki, Niki Lauda "Formula-1" yarışları çərçivəsində Bakıda olub. Həmin vaxt çəkilən şəkilləri təqdim edirik.

Samirə Məmmədova