nikoil-bankdan-tecrubeci-telebelere-buklet-paylamaq-xeberine-cavab

"Nikoil" Bankdan təcrübəçi tələbələrə buklet paylamaq xəbərinə CAVAB

"Nikoil Bank”-ın "Sədərək" TM-də təcrübəçi tələbələrə buklet paylatdırılması ilə bağlı sosial şəbəkədə yerləşdirilən Jalə Rzayevanın statusuna cavab olaraq İnsider.az-a açıqlama verən bankın İctimaiyyətlə əlaqələr və Sosial məsuliyyət departamentinin sədri Nurlana Musayeva bu paylaşımın, gerçəkliklə heç bir əlaqəsi olmadığını bildirib.

"Bu məlumat yanlışdır və bunu yazan şəxs həmin proqramı başa vura bilmədiyi üçün belə bir addım atıb. Hansı əsrdə yaşayırıq? Məlumdur ki, reklam bazarında hər cür xidmətlər təqdim olunur.  Bukletlərin hazırlanması və paylanması da həmin xidmətlərin tərkibində olur və təklif olunur. Biz də hər zaman belə xidmətlərdən istifadə edirik", - deyə N.Musayeva deyib.

Bu paylaşımı edən Jalə Rzayevaya qarşı böhtan atması ilə əlaqədar Nikoil Bank şikayət edəcəkmi? sualına isə cavab olaraq İctimaiyyətlə əlaqələr və Sosial məsuliyyət departamentinin sədri: "Biz onun tələbə həyatına problem yaratmaq istəmərik. Ona görə ona qarşı heç bir şikayət etməyi düşünmürük. Bank olaraq belə bir addım bizə yaraşmaz". – deyə bildirib. 

Qeyd edək ki, Jalə Rzayeva ötən günlərdə sosial şəbəkə hesabında "Nikoil Bank"ın  təcrübə proqramı üçün gələn tələbələrə küçələrdə buklet paylatdırıldığını qeyd etmişdi.
 

Nübar Lətifli