Yapon avtokonserni “Nissan Motor Co Ltd” şirkətin vəziyyətini yaxşılaşdırmaq üçün 10 mindən çox əməkdaşının ixtisar edilməsini planlaşdırır. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.
Mənbənin dediyinə görə, bu haqda qərar maliyyə yekunları ilə birgə iyulun 25-i elan olunacaq. İxtisarlar əsasən aşağı göstəriciləri olan xaricdəki müəssisələrə toxunacaq.
Ötən il şirkətin əməliyyat gəliri 45% düşdü. Mayda isə avtokonsern 28%-dək enişin davam edəcəyini proqnozlaşdırıb. Belə halda şirkətin gəlirəri 11 ilə ən aşağı olacaq.
Agentliyin məlumatına görə, işdan azad edilmə üzrə bəyan edilmiş rəqəm 138 min ümumi sayı olan “Nissan” əməkdaşlarının 7%-ni təşkil edir. Bu, müəssisənin qarşılaşdığı ciddi problemlər haqda xəbər verir.
Avtokonsern xüsusilə şirkətin eks-rəhbəri Karlos Qonun həbsilə bağlı qalmaqala görə “Renault”-la öz işini yeni üsulla qurmağa məcburdur.
Samirə Məmmədova