norvec-ve-britaniya-ukraynaya-9-milyon-dollar-deyerinde-mikrodronlar-hediyye-edecek

Norveç və Britaniya Ukraynaya 9 milyon dollar dəyərində mikrodronlar hədiyyə edəcək

Norveç və Böyük Britaniya Ukraynaya Norveç istehsalı olan “Black Hornet” mikrodronlarını hədiyyə edəcək. Onların dəyəri 9,2 milyon dollar təşkil edir.

Bu barədə Norveç Müdafiə Nazirliyi açıqlama verib.

“Norveç və Böyük Britaniya Norveçin “Black Hornet” mikrodronunu almaq üçün güclərini birləşdirir. Dəyəri 90 milyon Norveç kronu (təxminən 9,2 milyon dollar - RBC) olan bu mikrodronlar Ukraynaya pulsuz olaraq tədarük ediləcək”, - deyə nazirlikdən bildirilib.

Mətbuat xidməti onu da əlavə edib ki, tədarüklər Britaniya fondu tərəfindən maliyyələşdiriləcək. Norveç hakimiyyəti isə bu fonda 400 milyon kron yatırıb.

“Black Hornet” mikrodronları norveçli mütəxəssislər tərəfindən hazırlanıb. ABŞ və Britaniya hərbçiləri tərəfindən kəşfiyyat və hədəfin müəyyən edilməsi üçün istifadə olunur. Norveçin müdafiə naziri Byorn Arild Qram bu dronların şəhərdaxili müharibə üçün çox uyğun olduğunu qeyd edib.

Oxu.Az