Norveçin şimal-şərqindəki Kirkenes şəhərinin xilasetmə xidməti partlayışın baş verdiyi Rusiyaya məxsus “Tamanqo” traulerində yanğının söndürülməsini dayandırıb.
Bu barədə NRK xəbər yayıb.
Bildirilir ki, yanğının baş verdiyi gəmi limandan uzaqlaşdırılıb.
Hadisə nəticəsində heç kim xəsarət almayıb. Traulerin bütün heyəti - 22 nəfər təxliyə edilib.
“Güclü partlayışlara görə gəminin qalıqları uzaq yerlərə səpələnirdi. Bu, bizi traueldən 300-400 metr uzaqlaşmağa məcbur etdi”, - deyə yerli polis idarəsindən bildirilib.
Kirkenes sakinlərinə tüstü səbəbiylə pəncərələrini bağlamağa çağırış edilib.
Trauler 47 ton dizel yanacağı var. Norveç mətbuatının xəbərinə görə, gəmi Barents dənizində qar xərçənginin (Chionoecetes opilio) ovlanması ilə məşğuldur.
“Tamanqo” Norveçdə texniki baxışdan keçməli, sonra isə növbəti reysə çıxmalı idi.