notlara-sifaris-teklifi-usteleyib

Notlara sifariş təklifi üstələyib

6 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB  170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.00%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 664 milyon 86 min 300 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.00%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.00%) müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 05.12.2019