notlarin-yerlesdirilmesi-uzre-herrac-kecirilecek-mebleg

Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

17 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət qeydiyyat №-si

50100182S

Hərraca çıxarılan həcm

200 000 000 AZN

Notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28 gün

Ödəmə tarixi

15.07.2020

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Təqdim olunan sifarişlər üzrə qiymət diapozonu 99.4773 - 99.4397 təşkil edir.