notlarin-yerlesdirilmesi-uzre-herrac-kecirilib-neticesi

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

21 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101790S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və  99.5543  (5.76%) olan 28 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 859 milyon 130 min 700 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543  (5.76%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 19.05.2021-ci ildir.