notlarin-yerlesdirilmesi-uzre-herrac-kecirilib-neticesi

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

20 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101979S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 19  sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 337 milyon 664 min 700 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773  AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773  AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 17.06.2020