15 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101479S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99,4418 AZN (7.22%) və 99,4773 AZN (6.76%) olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 253 milyon 871 min 300 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4601 AZN (6.98%), orta ölçülmüş qiyməti 99,4624 AZN (6.95%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon təşkil etmişdir.
Notların ödəmə tarixi 13.05.2020