Tələb təklifi 4 dəfəyə yaxımn üstələyib
18 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102176S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 676 milyon 775 min 900 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 17.10.2019