notlarin-yerlesdirilmesi-uzre-herrac-kecirilib-neticesi

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

30 sentaybr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101483S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 (6.01%)  olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 693 milyon 925 min 50 00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 (6.01%), orta ölçülmüş qiyməti is 99.5351  (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 28.10.2020-ci ildir.