novbedenkenar-valyuta-herraci-kecirildi-dollara-teleb-daha-da-artib

Növbədənkənar valyuta hərracı keçirildi - DOLLARA TƏLƏB DAHA DA ARTIB

Son 4 hərracda banklara 1 milyard dollara yaxın satış edilib.

13 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 265,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Bugünkü hərracda bankların tələbi ötəngünki hərracla müqayisədə 44,4 milyon ABŞ dolları və yaxud 20,1% artıb.

10 mart 2020-ci il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda tələb 323,2 milyon ABŞ dolları, 11 Martda keçirilmiş hərracda tələb 155 milyon ABŞ dolları, 12 Marta keçirilmiş hərracda isə 220,8 milyon ABŞ dolları təşkil etmişdi.

Son 4 valyuta hərracında banklar hərracda 964,2 milyon dollar alıblar.