07 sentyabr 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
İnsider.az xəbər verir ki, hibrid hərrac ilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Şərtlərə görə, məbləğin artırıla bilən hissəsi: hərrac məbləğinin maksimum 20%-i, müddət: 14 gün;, faiz dərəcəsi: 6,26% - 6,74%-dir.
Xatırladaq ki, 31.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 515,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir.