novbeti-depozit-herraci-kecirilecek-mebleg

Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

Noyabrın 10-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 13 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-6,49 faiz təşkil edir.