02 Mart 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
İnsider.az xəbər verir ki, hərrac vasitəsilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 5,51% - 7,24% aralığında müəyyən olunub.
Xəbər verdiyimiz kimi, 26.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 617,6 milyon manat təşkil edib. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib.
24.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 602,9 milyon manat təşkil etmişdi.