novbeti-depozit-herraci-kecirilecek-mebleg

Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

16 sentyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

İnsider.az  Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. 

Müddət 14 gün, faiz dərəcəsi 6,26% - 7,99%-dir.

Qeyd edək ki, əvvəlki hərraclarda faiz dərəcəsi 6,26% - 8,24% aralığında müəyyən olunurdu. Arağlığın yuxarı həddinin aşağı düşməsi Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması, faiz dəhlizinin yuxarı və aşağı hədlərini uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən etməsilə bağlıdır.

Qeyd edək ki, depozit hərraclarında tələb təklifi dəfələrlə üstələdiyindən əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi də 6.26% təşkil edir. 

Xəbər verdiyimiz kimi, 09.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583.1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.26% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləi də cəlb etmişdi.