09 sentyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərrac vasitəsilə 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 6,26% - 8,24%-dir.
Xatırladaq ki, 02.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 759.8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib.