novbeti-depozit-herraci-kecirilecek

Növbəti depozit hərracı keçiriləcək

16 İyun 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, Blumberq ticarət sistemidə keçiriləcək hibrid hərrac vasitəsilə 250 milyon manat təlb edilməsi nəzərdə tutulur.

Müddət 13 gün, faiz dərəcəsi 6,76% - 7,24% aralığında müəyyən olunub. 

Xatırladaq ki, 08.06.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 356,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi.