novbeti-depozit-herraci-kecirilib-neticesi

Növbəti depozit hərracı keçirilib - NƏTİCƏSİ

18.05.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 322,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.

İnsider.az xəbər verir ki, Mərkəzi Bank 200 milyon manat cəlb edib.

Xatırladaq ki, 12.05.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 256,5 milyon manat təşkil etmi, Mərkəzi Bank 250 milyon manat cəlb etmişdi.