novbeti-depozit-herracinin-vaxti-aciqlandi

Növbəti depozit hərracının vaxtı açıqlandı

01 İyun 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, Blumberq ticarət sistemidə keçiriləcək hibrid hərrac vasitəsilə 250 milyon manat təlb edilməsi nəzərdə tutulur.

Müddət 3 gün, faiz dərəcəsi 6,76% - 7,24% aralığında müəyyən olunub. 

Xatırladaq ki, 18.05.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 322,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.