novbeti-depozit-herracinin-vaxti-aciqlandi

Növbəti depozit hərracının vaxtı açıqlandı

06 İyul 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

İnsider.az xəbər verir ki, Blumberq ticarət sistemidə keçiriləcək hibrid hərrac vasitəsilə 100 milyon manat təlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 6,99% aralığında müəyyən olunub. 

Xatırladaq ki, 29.06.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 545,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi.