17 avqust 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
İnsider.az xəbər verir ki, hərracın məbləği 100 milyon manat, müddət 14 gün, faiz dərəcəsi 6,26% - 6,74%-dir.
Xəbər verdiyimiz kimi, 10.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 621,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil etmişdir. Mərkəzi Bank depozit hərracının şərtlərinə uyğun olaraq 150 milyon manat cəlb etmişdir.