novbeti-istiqraz-buraxilisini-heyata-kecirecek

Növbəti istiqraz buraxılışını həyata keçirəcək

 "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tərəfindən 18 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazları yerləşdiriləcəkdir.

Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, ümumi həcmi 15 000 000 manat, tədavül müddəti 2 il, illik faiz dərəcəsi 8,5 faiz təşkil edir.

Hərracda iştirak etmək istəyən investorlar PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

Xatırladaq ki, bu buraxılış "Bank Respublika" ASC-nin son 3 ayda artıq ikinci istiqraz buraxılışıdır. Birinci buraxılış zamanı istiqrazlara tələbat təklifdən artıq olmuş və hərracın nəticələrə görə istiqrazlar üzrə gəlirlilik 8,30 faiz təşkil etmişdir.

Müraciət üçün: +994 12 493 33 66;  +994 55 226 33 66