novbeti-valyuta-herraci-kecirildi-neticesi

Növbəti valyuta hərracı keçirildi- NƏTİCƏSİ

07 noyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 35,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 02 noyabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 57,4 milyon ABŞ dolları təşkil etmişdi.

2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 82 valyuta hərracında banklara cəmi 2 milyard 972,83 milyon dollar satılıb.