novbeti-valyuta-herraci-kecirilib-neticesi

Növbəti valyuta hərracı keçirilib - NƏTİCƏSİ

15 Dekabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 61,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış da 61,2 milyon dollar olub).

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

13 Dekabr 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 53,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 95 valyuta hərracında banklara 4 milyard 899,7 milyon dollar satılıb.

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.